Ağdaşda şüşə sexində bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzindəki sexlərdən birində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü şəhər sakini Polad Abdullayev şüşə qatının üzərinə aşması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov