Diplomatlar HƏMAS-ın əsir götürdüyü rusları vətənə qaytarmaq üçün hər cür səy göstərirlər. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib. 

Peskov vurğulayıb ki, hazırda müəyyən təmaslar aparılır.

"Əlbəttə, indi orada mövcud olan vəziyyətdə ətraflı məlumatdan danışmaq çətindir, lakin diplomatlarımız bütün lazımi səyləri göstərirlər", - o qeyd edib.

Bundan əvvəl Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov iki rusiyalının HƏMAS-ın əsirliyində olduğunu bildirmişdi.

Gülayə Mecid