Gəncədə dərəyə aşan avtobusda xəsarət alan sərnişinlər üçün hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib.

"Unikal" xəbər verir ki, xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

***

14:53

Gəncədə avtobusun aşması ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək

***

14:41

Gəncədə sərnişin avtobusu çuxura düşüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı dərəyə düşüb. Hadisə nəticəsində xəsarət alanlar var.

Qeyd edək ki, sərnişin avtobusunun aşdığı ərazidə bir müddət əvvəl yaşayış binası inşa olunurdu.

Tural Əhmədov