Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

*** 21:48

Şəmkirdə fərdi yaşayış evində güclü yanğın başlayıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Ərazisi 400 kvadratmetr  olan kənd sakininə məxsus  fərdi  yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin həyətində olan "Mercedes"markalı minik maşını da yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Tural Əhmədov