Qaradağda ölümlə nəticələnən yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə "Meyvəli" bazarı adlanan ərazidə qeydə alınıb. 1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub.

Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.