Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 8 nəfərə müvafiq köməklik göstərilib.