Gəncədə yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 41 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb. "Chevrolet Cruze" markalı avtomobillə "VAZ-21015" markalı maşın toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hazırda xəsarət alan şəxslərin vəziyyəti normaldır. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərin işıqforun işarəsinə düzgün əməl etməmələri səbəb olub.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov