"Ümid edirik ki, "3+3" formatlı görüş Türkiyədən sonra Bakıda və İrəvanda davam etdiriləcək".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. 

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşünün təşkili İranın regionda fəal olduğunu və Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyini göstərir: "Bu görüşdə geosiyasətin dəyişməməsi məsələsi vurğulanıb. Əliyevlə (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - red.) Bakıda keçirdiyim görüşümdə onlar bəyan etdilər ki, sərhədləri dəyişməyə çalışmırlar və indi İran tərəfindən dəhliz müəyyən edilib".

Ağarza Elçinoğlu