Hakimiyyət üçün ən böyük qorxu Mamikon Aslanyan (Vanadzorun keçmiş meri  - red.) olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətə cavab olaraq bildirib.

Simonyanın sözlərinə görə, onlar demokratik ölkə kimi iki qaya arasında qalıblar. O, Mərkəzi Komitənin sədrinə və hakimlərə müraciət edərək deyib: "Sizin ədalətiniz çox adama çatmır, çünki 1 martı keçirən, seçkiləri saxtalaşdıran, xalqı döyən, bu ölkəni talayan, mərkəzsizləşdirənlər niyə tutulmurlar? Bu mənim sualımdır".