Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "Vaz 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

*** 18:35

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilr.

Faktla bağlı araşdırma aparılır.