Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Korolevdə 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən azərbaycanlı iş adamı Qalib Yusubovu saxlayıblar.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Baş İstintaq İdarəsi qeyd edib ki, kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəlilərdən biri - 57 yaşlı iş adamına qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Rusiya DİN-in məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də müəyyənləşdirilir və onların tutulması üçün tədbirlər görülür.
Öldürülən şəxsin 20 il əvvəl Korolevdə yoxa çıxan Aleksey Zirin olduğu bildirilir.
Nuranə Abbasova