Samuxda əsgərlikdən təzə gələn gənc intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Belə ki, əsgərlikdən təzə gələn gənc naməlum səbəblərdən özünü asaraq intihar edib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov