Polşa Prezidenti Anjey Dudanın ofisinə məxsus limuzinlərdən birində izləmə sensoru tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə TVN24 prezidentin təhlükəsizlik xidmətinin əməkdaşına istinadən məlumat yayıb.

Məlum olub ki, Dudanın avtomobili sözügedən sensorla bir neçə ay, hətta Ukrayna səfəri zamanı da idarə edilib. 

Bildirilir ki, sensor bütün ofis maşınlarında partlayıcı əşyaların olub-olmaması yoxlanılarkən aşkar edilib.

Limuzində izləmə sensorunun kim tərəfindən və nə vaxt quraşdırıldığı hələ müəyyən edilməyib. Milli Təhlükəsizlik Agentliyi araşdırma aparır. 

Nuranə Abbasova