İran nümayəndə heyəti Parlamentlərarası İttifaqın iclasını tərk edib.

"Unikal" xəbər verir ki, bu gün İran parlamentinin nümayəndə heyəti Ümumdünya Parlamentlərarası İttifaqın iclasının açılış mərasimində etiraz əlaməti olaraq keçirələn iclası tərk edib. 

Məlumata görə, etiraza səbəb qurumun prezidenti Duarte Paçekonun fələstinliləri terror qruplaşması adlandırması olub.

Qeyd edək ki, Parlamentlərarası İttifaq dünya parlamentlərinin fəaliyyətinin əlaqələndirilməsinə xidmət edən beynəlxalq təşkilatdır. 1889-cu ildə əsası qoyulan bu təşkilat siyasi debatlar üçün ilk beynəlxalq platforma olub.