Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Atbulaq kəndində qeydə alınıb.
"BMW" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.