Balakəndə minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi Balakən şəhəri Zərifə Əliyeva küçəsində baş verib. Hadisə yerinə yanğınsöndürən  texnikalar cəlb olunub. Yanğın zamanı Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü Bahadurlu Cavid Zakir oğluna məxsus "Nissan"  markalı minik avtomobilin yanar konstrukdiyaları tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli