Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Tatarıstanın ikinci ən mühüm ordeni olan "Duslık" ordeni ilə təltif edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Kadırova mükafatı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov təqdim edib. 

Qeyd olunub ki, Kadırovun 15 yaşlı oğlu "millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsinə görə" mükafatlandırılıb. 

Ağarza Elçinoğlu