"Ermənistan indi, ilk növbədə, Qərblə təhlükəsizlik sazişini rəsmiləşdirəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov "Moskva-Bakı"ya müsahibəsində deyib.
Siyasətçi qeyd edib ki, Ermənistan təhlükəsizliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması məsələsinə qayıdacaq: "Şübhəsiz ki, İrəvan sülh müqaviləsinə hansısa vasitəçi-qarantın daxil edilməsini istəyəcək. Hadisələrin məntiqindən çıxış etsək, İrəvan sırf Qərbin vasitəçiliyi ilə sülh sazişi imzalaya bilər. Ona görə də Moskvanı çətin günlər gözləyir.
İndi Ermənistanın gələcək üçün inkişaf strategiyası ilə bağlı sual yaranır. Ermənistanın hazırkı baş naziri Ermənistan Respublikasının bütün əvvəlki və Rusiyayönümlü strategiyasının dəyişdirilməsinin əsasını qoyur. Moskva isə buna hazırlaşmalı və bu kəskin dəyişikliyin qarşısını almaq üçün addımlar atmalıdır".
Fedorov həmçinin qeyd edib ki, Paşinyanın siyasəti Ermənistan-Rusiya münasibətlərinə nə qədər mənfi təsir edibsə, Azərbaycan üçün bir o qədər də uğurlu olub: "Bu doğrudur. Paşinyan Ermənistanın Qarabağ problemindən xilas oldu. Qarabağ mövzusu getdi, amma Ermənistanın beynində qaldı. Amma təəssüf ki, baş verən bütün hadisələrdən sonra Ermənistan sabitləşə bilər, lakin qonşularla konstruktiv münasibətlər və qarşılıqlı faydalı layihələrin inkişafı ilə".
Ağarza Elçinoğlu