İsraildəki vəziyyətlə bağlı fikir ayrılığı səbəbindən Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında münaqişə yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Aİ-dəki mənbələr mübahisələrin beynəlxalq təşkilatın effektivliyini aşağı saldığından şikayətləniblər.
Məlumata görə, AK rəhbərinin hərəkətləri fikir ayrılığına səbəb olub. Birlik üzvlərinin bir çoxu məmuru Brüsselin daha çox diqqət yetirməli olduğu Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı mövqeyini adekvat şəkildə ifadə etməməkdə günahlandırıb.
Ağarza Elçinoğlu