Rusiya FTX-nin əməkdaşları Tverdə hərbi komissarlıqda terror aktının qarşısını alıblar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilir ki, terror aktını hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının agenti FTX tərəfindən məhv edilib. Məlumata görə, casus hərbi komissarlığı partlatmağı planlaşdırırmış. 

"Terror aktını hazırlayan şəxsdə əldəqayırma partlayıcı qurğu və RQD-5 qumbarası aşkar edilib. Terrorçunun məhv edilməsi nəticəsində xəsarət alan olmayıb. Terror aktına hazırlıqla bağlı cinayət işi başlanıb", - məlumatda deyilir.  

Gülayə Mecid