Dünya üzrə qaçqınların sayı 114 milyon nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. 

Bildirilir ki,  2023-cü ilin birinci yarısında məcburi köçkünlüyün əsas səbəbləri Ukraynadakı tammiqyaslı müharibə, Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı silahlı münaqişələr, həmçinin Somalidəki quraqlıq, daşqın və təhlükəsizliksizlik və humanitar yardımların birləşməsi olub.  

BMT-nin məlumatına görə, bu ilin ilk altı ayında dünya üzrə 1,6 milyon yeni sığınacaq iddiası olub ki, bu da indiyədək ən yüksək rəqəmdir. İyun-sentyabr aylarında daha 4 milyon insan qaçqın düşüb. 

“Beynəlxalq ictimaiyyətin münaqişələri həll edə bilməməsi və ya yenilərinin qarşısının alınması köçkünliyə və iztirablara səbəb olur. Biz münaqişələrə son qoymaq, qaçqınların və digər məcburi köçkünlərin evlərinə qayıtması və ya yeni həyata başlaması üçün birlikdə çalışırıq”, - deyə direktor Filippo Qrandi bildirib.

Hesabatda həmçinin qeyd olunur ki, İsrailin HƏMAS-la müharibəsinin humanitar nəticələri hələ qiymətləndirilmir.

Gülayə Mecid