Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək görüş olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Gürcüstan əməkdaşlığının gündəliyini, o cümlədən ikitərəfli iqtisadi əlaqələrə dair məsələləri müzakirə ediblər.
Regionda gedən proseslərə istinad edilib. Həmsöhbətlər sülh və sabitlik istiqamətində ardıcıl addımların atıldığını vurğulayıblar.
Ağarza Elçinoğlu