Rusiyanın baş naziri Mixail Mişustin MDB-yə üzv dövlətlərin hökumət başçılarını mədəni-humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün dekabrda Moskvada keçiriləcək görüşə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə o, MDB Hökumət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında deyib. 

"Mən MDB üzvü olan ölkələrin bütün hökumət başçılarını dekabrda Moskvada keçiriləcək iclasa dəvət edirəm. Biz bunu mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün təqdim etməyi təklif edirik. Xalqlarımızı birləşdirən də budur", - deyə Mişustin qeyd edib. 

Ağarza Elçinoğlu