Mingəçevirdə FHN əməkdaşları bağlı qapılar arxasında köməksiz qalan 5 yaşlı uşağı xilas edib.

"Unikal"ın məlumatına görə, hadisə Şəhriyar küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli evin 3-cü mərtəbəsində qeydə alınıb. 2018-ci il təvəllüdlü Cabbarov Kamal Mehman oğlunun axşam saatlarında bağlı qapılar arxasında köməksiz qaldığı barədə məlumat alan FHN-nin Yanğınsöndürmə idarəsinin xilasetmə qrupu azyaşlı körpənin köməyinə yetişib. Mənzilə daxil olan xilasedicilər uşağı sağ-salamat xilas edərək ailəsinə təhvil verib.

Ehtiram Muradov