Ermənistan Müdafiə Nazirliyinin Martuni rayon Hərbi Polisinin rəisi həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb. Qeyd edilib ki, Ermənistanın Antikorrupsiya Komitəsinin əməliyyat-axtarış departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində Martuni rayon Hərbi Polisinin rəisi rüşvət aldığı üçün həbs edib.

Eyni zamanda, qeyd edilib ki, onunla yanaşı, rüşvət verən şəxs və vasitəçi də həbs edilib.