Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.

"Unikal" xəbər verir ki, o, rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışıb, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərindən sonra birgə mətbuat konfransı, həmçinin sənədlərin imzalanması mərasimi baş tutacaq.

Qeyd edək ki, S.Berdiməhəmmədovun prezident kimi Türkiyəyə ilk rəsmi səfəri iki gün davam edəcək.

Xatırladaq ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyə olub.