Fələstinin Həmas qruplaşmasının liderləri mülki məhbusları azad edib Tehrana təhvil vermək niyyətindədirlər.

"Unikal" xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Hərəkatın Qətərə və Türkiyəyə bu istiqamətdə yardım etməyə hazır olduğu qeyd edilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Rusiya tərəfi Moskvada Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüşdə  girovların azad edilməsi və rusların Qəzza zolağından təxliyyəsi məsələlərini müzakirə edib. Xarici diplomatik departament xatırladıb ki, HƏMAS İslami müqavimət hərəkatının Siyasi Bürosunun üzvü Əbu Mərzuk Moskvadadır. Qeyd olunur ki , Qəzza zolağından Rusiya vətəndaşlarının və digər əcnəbilərin təxliyəsi məsələsi də müzakirə olunub.