Goranboyda 20 yaşlı qız göbələkdən zəhərlənib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Erkəc kəndində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü kənd sakini Həsənalıyeva Səma Akif qızı göbələkdən hazırlanmış qidanı yedikdən sonra ağır durumda xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsi nəticəsində qızın həyatını qurtarmaq mümkün olub.
Ehtiram Muradov