Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qonşu mənzillər yanğından mühafizə olunub.

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.