Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü ləğv edilib, əslində bu, görüşün ləğvi ilə bağlı ikinci haldır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

Siyasətçinin sözlərinə görə, ABŞ sülhü dəstəkləməyə davam edəcək: "Əvvəlki kimi, bunun hər iki tərəfin maraqlarına uyğun olduğuna inanırıq. Tərəflərin razılığa, sülh müqaviləsinə nail olması regionun və bütün dünyanın maraqlarına uyğundur və biz bunu irəliyə aparmağa davam edəcəyik".

Ağarza Elçinoğlu