Beynəlxalq Kosmik Stansiya (BKS) istismar müddətini başa vurub və fəaliyyətinin sonuna yaxınlaşır.
"Unikal" xəbər verir ki, bunu "Roskosmos"un baş direktoru Yuri Borisov "Rossiya-24" telekanalına müsahibəsində deyib.
"Bilirsiniz ki, Beynəlxalq Kosmik Stansiya artıq mövcudluğunun sonuna yaxınlaşır. Təəssüf ki, o, artıq icazə verilən bütün ömrünü keçib. BKS-də olan Rusiya avadanlıqlarının 80%-i zəmanət müddətindən kənardadır", - deyə Borisov açıqlayıb.
Ağarza Elçinoğlu