Gürcüstan Respublikası vətandaşının idarə etdiyi avtomobil daşıyan qoşqulu TIR aşıb.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunda, Şəki rayonun İnçə kəndi ərazisində baş verib.

Məlumata görə, Gürcüstan vətandaşının idarə etdiyi, minik avtomobilləri daşıyan TIR Qax istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb. Bildirilir ki, hadisə zamanı sürücü yüngül xəsarətlər alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, aşan maşın qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.