"Quru qüvvələri bu axşam əməliyyatları genişləndirir. Qəzza sakinlərini cənuba getməyə çağırırıq".
"Unikal" xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü Daniel Hagari bildirib.
Qəzzada yaşayanları cənuba köçməyə çağıran Həcəri, "İsrailin təhlükəsizliyini qorumaq üçün bütün cəbhələrdə hazırıq" deyib. Ordu sözçüsü "girovları geri qaytarmaq üçün milli vəzifəyə sadiq olduqlarını" söyləyib.
Haubitsa hücumlarından sonra İsrail ordusu Qəzzanın şimalına, xüsusilə Beyt Hanuna intensiv hava hücumu təşkil edib. İsrail təyyarələri təxminən bir saat ərzində bir-birinin ardınca əraziyə bombalar yağdırıb.
Partlayış səsləri İsrail tərəfindəki Sderot şəhərinə çatarkən, bölgə sakinləri İsrailin bu gün axşam saatlarında başlatdığı hücumların oktyabrın 7-dən bəri ən intensiv bombardman olduğunu bildirir.
Fələstinin telekommunikasiya şirkəti “Cəvval” sosial media hesabından verdiyi açıqlamada Qəzzada bütün telefon və internet xidmətlərinin dayandırıldığını bildirib.
Yazıda İsrailin həyata keçirdiyi intensiv bombardmanlar nəticəsində bölgədəki infrastrukturun zədələndiyi və “Qəzzanın dünya ilə əlaqəsinin kəsildiyi” bildirilib.