"Hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Bu, taleyin anıdır. Tarix hamımızı mühakimə edir"
"Unikal" xəbər verir ki, bunu Qəzzada baş verən humanitar böhranla bağlı BMT-nin baş katibi Antonio Quterreş deyib. BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Qəzzaya hücumları və oradakı böyük humanitar böhranla bağlı “Əsaslı dəyişiklik olmazsa, Qəzza xalqı görünməmiş humanitar əzab uçqunu ilə üzləşəcək” deyən Quterreş beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.
İsrailin Qəzzadakı Şifa xəstəxanasını hədəf alması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı belə bir açıqlama verib: “Səhiyyə müəssisələrinə hər hansı hücum beynəlxalq humanitar hüququn pozulması olacaq”.