Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımı ilə vətəndaşları sabah keçiriləcək “Böyük Fələstin mitinqi”nə dəvət edib.
"Unikal" xəbər verir ki,Ərdoğan paylaşımında bu sözləri qeyd edib:
“Mən millətimizin hər bir üzvünü sabah Fələstinli qardaşlarımızla həmrəyliyimizi bütün dünyaya bir daha nümayiş etdirəcəyimiz Böyük Fələstin Mitinqinə dəvət edirəm”.
Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu, 28 oktyabr şənbə günü keçiriləcək "Böyük Fələstin mitinqi"nə qatılacaq vətəndaşların rahatlığı üçün İstanbul, İzmir və Ankarada bəzi nəqliyyat xətlərinin pulsuz xidmət göstərəcəyini açıqlayıb.
Yarın milletimizin her bir ferdini, İstanbul Atatürk Havalimanı’nda gerçekleştireceğimiz, Filistinli kardeşlerimizle dayanışmamızı tüm dünyaya bir kez daha göstereceğimiz #BüyükFilistinMitingi’ne davet ediyorum. 🇹🇷🇵🇸 pic.twitter.com/0dq3qXXM1C
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 27, 2023