Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider "Zirə" 3-cü yerdəki "Səbail"i qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.

Daha sonra Premyer Liqada Qərb derbisi oynanılacaq. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.