İspaniya La Liqasında 11-ci turun oyunları davam edir. Bu gün turun mərkəzi görüşü keçiriləcək.

"Unikal" xəbər verir ki, "Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edəcək. "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Hazırda komandalar arasında 1 xal fərqi var. Belə ki, 10 turdan sonra "Real" 25 xalla ikinci, "Barselona" isə 24 xalla üçüncü sıradadır. Turnir cədvəlinə 28 xalla (11 oyuna) "Jirona" başçılıq edir.