Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Həmçinin, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 22 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə və içərisində olan əşyalar yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.