UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
"Unikal" UEFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ” və Almaniyanın “Bayer” klubunun qarşılaşmasını tribunalardan 29 min 39 azarkeş izləyib. Bu,15 matç arasında 6-cı olub.
Marsel(Fransa) - AEK (Yunanıstan) görüşü isə siyahıya liderlik edir (65 min 92 nəfər).
Qeyd edək ki, “Qarabağ” - “Bayer” qarşılaşması Leverkusen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.