Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, karateçimiz finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.