Xaçmazın Qımıl kəndində intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, rayonun İzmayılovka qəsəbə sakini 1990-cı il təvəllüdlü Mahmudov Mehman Tacəddin oğlu bir neçə gün öncə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Axtarışlar nəticəsində onun meyiti rayonun Qımıl kəndində meyvə bağında tapılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.