Mingəçevirdə qeysəriyyə ilə doğulan uşaq ölüb.

"Unikal"ın məlumatına görə Əhmədova Zeynəb Tahir qızı qeysəriyyə əməliyyatı zamanı yeni doğulan oğlan uşağının ölümü baş verib. Xəstəxanadan əldə edilən ilkin məlumata əsasən körpə ana bətnində ölüb.

Əldə edilən məlumata görə qeysəriyyə əməliyyatı sonrası durumu ağırlaşan ana reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov