Biləsuvar rayonunda yol qəzası baş verib.

“Unikal" report-a istinadən xəbər verir ki, adisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.