Bakı-Quba yolunda avtomobil yanıb.

"Unikal"ın məlumatına görə, Quba istiqamətində olan yeni ödənişli avtomagistralda hərəkətdə olan "Mercedes" avtomobili anidən tüstüləməyə başlayıb. Nəqliyyat vasitəsinin sürücüsü dərhal avtomobil yol kənarına çəkərək saxlamağa müvəffəq olub. Avtomobillərdə olan şəxslər nəqliyyat vasitəsini tərk edib. "Mercedes"in mühərrik hissəsində tüstülənmədən sonra yanğın baş verib.

Xəsarət alan olmayıb.