Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ölkədəki seçki yarışında iştirakını dayandırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Las-Veqasda çıxışı zamanı bildirib.
Pens vurğulayıb edib ki, mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.
“Mən ölkədəki hər bir seçkili vəzifəyə prinsipial Respublikaçı liderləri seçmək üçün mübarizəmi heç vaxt dayandırmayacağam. Həmişə bunun qeyri-bərabər döyüş olacağını bilirdik. Amma heç nəyə peşman deyiləm”, - keçmiş vitse-prezident qeyd edib.