İsrail Baş naziri Binyamin Netenyahu kəşfiyyat orqanlarının onu HAMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib.
"Unikal" xəbər verir ki, Binyamin Netenyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib.
İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.