Çexiya Prezidenti Petr Pavel Çexoslovakiyanın yaranması münasibətilə keçirilən mərasimdə diqqət çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri bayraq dirəyi hərbçinin başına vurub.
Belə ki, Pavel döyüş bayrağını qəbul edərək düzülmüş fəxri qarovul önündə qaldırmağa çalışsa da, bayrağı əlində saxlaya bilməyib. Bayraq dirəyi təhlükəli şəkildə yana əyilib və onun yanında dayanan əsgərin başına dəyib, bu zaman hərbçinin papağı yerə düşüb.
Daha sonra prezident baş verənlərə görə üzr istəyib və qeyd edib ki, bu şəkildə “hərbi proseduru şaxələndirmək” istəmir.
Siyasətçi sosial şəbəkədəki hesabında yazıb: "Mən heç olmasa bu şəkildə Qala Mühafizəsinin üzvünə fiziki və ya psixoloji zərər verdiyinə görə üzr istəməyə ehtiyac duyuram".
Bundan əvvəl Petr Pavelin yol hərəkəti qaydalarını pozduğunu və ictimaiyyətdən üzr istəmişdi. Hadisə siyasətçinin motosiklet sürərkən dəbilqə taxmaması nəticəsində baş verib.
Gülayə Mecid