Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı artıb.
"Unikal" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 45-ə çatıb, 1 şaxtaçının axtarışları isə davam edir.
Qeyd edək ki, faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.