Türkiyə Cümhuriyyətin 100 illiyi münasibətilə İstanbul Boğazında tarixi parad keçirilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, 100 döyüş gəmisi Bosfor boğazından keçərkən, SOLOTURK möhtəşəm bir nümayiş uçuşu həyata keçirib. Təyyarələrin körpünün altından keçdiyi anlar həvəslə izlənilib.
Nümayişdə “Türk ulduzları” qrupuna daxil olan aviasiya vasitələri, eləcə də “F-16” və “F-4E” qırıcıları daxil olmaqla 20 təyyarə iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dövlət və hökumət rəsmiləri nümayişləri izləyiblər.