Braziliyada kiçik təyyarə qəzası nəticəsində 12 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə oktyabrın 29-da ölkənin şimal-qərbindəki Rio Branko şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Onların arasında bir yaşlı uşaq da olub. Təyyarə özəl şirkətə məxsus olub və Rio-Brankodan Enviraya uçurmuş.